Azərbaycan ilə ABŞ arasında potensial investisiya layihələri dəyərləndirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq potensial investisiya layihələri və İqtisadi Dialoq çərçivəsində təşəbbüslərin reallaşdırılması imkanları dəyərləndirilib.
BAKU.WS xəbər verir ki, bu barədə müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovla ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının baş icraçı direktoru Ben Blək arasında baş tutan görüşdə aparılıb.
"Azərbaycanın investisiya prioritetləri, ABŞ-nin maliyyə institutları ilə birgə fəaliyyət imkanlarını müzakirə etdik", - M. Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...