Azərbaycan Ermənistandan nə idxal edib? - RƏSMİ CAVAB
16
apr
2026
16:44
Dövlət Gömrük Komitəsi Azərbaycanın ötən ay Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal etməsini şərh edib.
BAKU.WS xəbər verir ki, komitədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, həmin mal əslində Niderlanddan gətirilmiş qızılgül olub.
"Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası"nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
Oxşar xəbərlər
Lalə Cəfərli: "Bank bağlansa da, vətəndaşın kredit borcu tarixçəsindən silinmir"
"Bəzən elə müştərilər olur ki, zənn edirlər ki, bank bağlanıbsa artıq mənim borcum yoxdur. Təəssüf ki, bu həqiqətən belə bir psixologiya var insanlarda. Amma pr...