“Azərbaycan Dəmir Yolları”nın sərnişin və yük daşıma gəlirləri artdı
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) 2019-cu ildə bir sıra fəaliyyət istiqamətləri üzrə əldə edilmiş gəlirlərində artım qeydə alınıb.
BAKU.WS ADY-nin 2019-cu ilin maliyyə hesabatına istinadən xəbər verir ki, qurumun ötən ildə yük daşıma üzrə gəlirləri 12 % artaraq 313 221 manat təşkil edib.
Sərnişin daşımaları üzrə gəlirlər isə 14 % artaraq 21 050 manat təşkil edib.
Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.
Oxşar xəbərlər
Bakıda ucuz dövlət maşınları satışa çıxarılır: Hyundai – 5600, Nissan - 2250 AZN - QİYMƏTLƏR (CƏDVƏL)
Əmlak Məsələləri Dövlət Komitəsi avqust ayında avtomobillərin növbəti hərracını keçirəcək. BAKU.WS-in verdiyi məlumata görə, dövlət komitəsi avqustun 14-də baş...