"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
05
iyn
2026
18:25
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-may aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə ümumilikdə 4 milyon 513 min 747 sərnişin daşınıb.
BAKU.WS ADY-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,3 % çoxdur.
Qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4,3 milyona yaxın (+16 %), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21 %) səfər edib.
Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb və ötən ilin eyni dövründən 6 % çox olub.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...