Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivləri müzakirə edilib - FOTO
“Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi çərçivəsində keçirilən “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı”nda xidmət sektorunun qlobal tərəfdaşlığın gücləndirilməsində rolunu vurğuladıq”.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkədəki hesabında yazıb.
“Konfrans çərçivəsində Çin Xalq Respublikasının kommersiya naziri Van Ventao ilə Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı perspektivləri barədə fikirlərimizi bölüşdük” - nazir qeyd edib.
Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (@CIFTIS) çərçivəsində keçirilən “Çində İnvestisiya İli: Xidmət sənayesinin xüsusi təşviqinin genişləndirilməsi konfransı”nda xidmət sektorunun qlobal tərəfdaşlığın gücləndirilməsində rolunu vurğuladıq. Konfrans çərçivəsində Çin Xalq… pic.twitter.com/FdCn3Fur8A
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 3, 2023
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "CIFTIS Azərbaycan məhsullarının tanıdılması üçün səmərəli platformadır"
Azərbaycan Çinin paytaxtı Pekin şəhərində keçirilən beynəlxalq ticarət sərgisində yerli məhsulları tanıdıb. BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat nazir...