Azərbaycan bu il Avropaya 13 milyard kubmetrə yaxın təbii qaz ixrac edib
31
dek
2024
22:49
Bu il Azərbaycan Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12,9 milyard kubmetr təbii qaz ixrac edib.
BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O qeyd edib ki, Azərbaycanın Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür:
"Bu müddətdə TAP-la Avropaya 42,8 milyard kubmetr təbii qaz tədarük olunub".
Oxşar xəbərlər
Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?
Azərbaycanda buğda istehsalına milyonlarla manat dövlət dəstəyi göstərilir, məhsuldarlıq artırılır, yeni subsidiya mexanizmləri tətbiq olunur. Buna baxmayaraq,...