Azərbaycan bu il 4,8 milyard dollarlıq neft ixrac edib
14
may
2020
11:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən,11,840 mln. ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 4,821 mlrd. ABŞ dolları təşkil edib.
Bu ilin dörd ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 1,8%, dəyəri isə 15% azdır.
Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 76,45% olub.
Oxşar xəbərlər
Azərbaycan STAR zavodu ilə həm özü qazanacaq, həm də Türkiyəyə qazandıracaq - RƏY
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (NEZ)...