Azərbaycan BOKT-ları I yarımildə 121 milyon manatdan çox xalis mənfəət əldə edib
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 121,2 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 13,2 milyon manat xalis zərərlə çıxmışdı.
BAKU.WS report-a iatinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Qeyd edilib ki, yanvar-iyun aylarında BOKT-ların gəlirləri 351,2 milyon manat (illik müqayisədə 61 % çox), xərcləri 141,5 milyon manat (5,4 % az), xüsusi ehtiyatlara ayırmaları 78,1 milyon manat (1,7 % çox), gözlənilməz xərcləri 0,1 milyon manat (əvvəlki ilin eyni dövründə gəlir olub), mənfəət vergisi ödəmələri isə 10,3 milyon manat (94,3 % çox) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 1 milyard 528,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 58,6 % çoxdur. Bunun 1 milyard 136,6 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 69,2 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 63,6 % artaraq 838,7 milyon manata, balans kapitalı isə 53 % artaraq 689,6 milyon manata çatıb.
Oxşar xəbərlər
Azərbaycanda 6 ayda dövlət xəttilə 226 milyon manat ipoteka krediti verilib
Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 226,3 milyon manat kredit verilib. BAKU.WS report-a istinadən xəbər verir ki,...