Azərbaycan Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları ixrac edəcək

Azərbaycan Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları ixrac edəcək
İqtisadiyyat 312

Azərbaycan sahibkarlarının müraciətləri əsasında Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları ixrac ediləcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, çoxsaylı müraciətləri nəzərə alaraq, Avropa İttifaqı ilə bu iki yeni məhsulun ixracı ilə bağlı danışıqlara başlanılıb:

"Son illər Azərbaycanda dövlət tərəfindən göstərilən qayğı hesabına arıçılığın da geniş inkişaf etdirilməsi, bal istehsalının həcminin artması, bu məhsulun ixracının artımında da müsbət dinamika yaradıb. Bu, bizə əsas verdi ki, Avropa İttifaqı ölkələrinə bal da ixrac edək. Sahibkarlar artıq potensial alıcıları müəyyənləşdiriblər. Digər tərəfdən isə heyvan dərisinin və yunun ixracı ilə bağlı Agentliklə Avropa İttifaqına ixracı ilə bağlı Aİ-nin qida təhlükəsizliyinə cavabdeh orqanı arasında danışıqlar aparılır və proses başa çatdıqdan sonra artıq bu məhsullarında Avropa İttifaqı ölkələrinə ixracına icazə veriləcək".

Son xəbərlər