Azərbaycan AİB ilə sosial-iqtisadi inkişaf prioritetlərini müzakirə edib - FOTO
Azərbaycan İqtisadiyyat Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) arasında ölkənin sosial-iqtisadi inkişaf prioritetləri müzakirə edilib.
Bu barədə nazir Mikayıl Cabbarov öz tvitter hesabında paylaşım edib.
“AİB-in Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktoru xanım Reyçel Tomson ilə Azərbaycanın sosial-iqtisadi inkişaf prioritetləri, ölkəmizlə bank arasında sıx əlaqələrin təzahürü olaraq həyata keçirilən layihələr və bankın direktorlar şurasında Azərbaycanın səmərəli təmsilçiliyi barədə müzakirələr apardıq”, - deyə o, qeyd edib.
Asiya İnkişaf Bankında (@ADB_HQ) Azərbaycanın daxil olduğu ölkələr qrupu üzrə icraçı direktor xanım Reyçl Tomson ilə Azərbaycanın #sosial-#iqtisadi inkişaf prioritetləri, ölkəmizlə #Bank arasında sıx əlaqələrin təzahürü olaraq həyata keçirilən layihələr və Bankın Direktorlar… pic.twitter.com/Nz8gplMCHP
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 20, 2023
Oxşar xəbərlər
Azərbaycan Çin şirkəti ilə əməkdaşlıq imkanları barədə müzakirələr aparıb - FOTO
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin "Envision Energy" şirkətinin nümayəndələri ilə görüşərək əməkdaşlıq imkanları barədə müzakirələr aparıb. Bu barədə na...