Mikayıl Cabbarov Matteo Patrone və həmkarları ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development (EBRD)) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone və həmkarları ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə o, özünün tviter səhifəsində qeyd edib.
Bildirilib ki, bankla əməkdaşlığın genişləndirilməsi perspektivləri və nəzərdə tutulan yeni layihələr barədə fikir mübadiləsi aparılıb.
Avropa Yenidənqurma və İnkişaf Bankının (@EBRD) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patrone (@MatteoPatrone3) və həmkarları ilə Bankla əməkdaşlığın genişləndirilməsi perspektivləri və nəzərdə tutulan yeni layihələr barədə fikir mübadiləsi apardıq. pic.twitter.com/eYWNWwdd7S
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 8, 2022

Oxşar xəbərlər
Mikayıl Cabbarov Moldova baş nazirinin müavini ilə görüşdü - FOTO
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüşüb. BAKU.WS xəbə...