Azad olunmuş ərazilərə 4 ildə dövlət büdcəsindən 8,6 milyard ABŞ dolları investisiya qoyulacaq
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2025-2028-ci illərdə Qarabağa və Şərqi Zəngəzura 8,6 milyard ABŞ dolları dəyərində dövlət investisiyasının yatırılması güman edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Qarabağ və Şərqi Zəngəzura investisiya" mövzusunda "İslahat icmalı"nda qeyd olunub.
2024-cü ildə isə qeyd edilən ərazilərə 2,8 milyard ABŞ dolları dəyərində investisiya yatırılması planlaşdırılır.
Qeyd edək ki, 2020-2023-cü ildə dövlət büdcəsindən Qarabağa və Şərqi Zəngəzura 7,1 milyard ABŞ dolları dəyərində investisiya ayrılıb.
Oxşar xəbərlər
Gümüşün qiyməti 75 dolları ötüb
Comex birjasında may ayı üçün tədarüklü gümüş fyuçerslərinin qiyməti 19 martdan bəri ilk dəfə olaraq treys unsiya üzrə 75 ABŞ dollarını ötüb. Bu barədə BAKU.WS...