Aygün Balıyeva: "Müştərilər banklarda göstərilən faizdən yuxarı faizlə əmanətlər yerləşdirməsinlər"
Yeniliklərdən dərhal xəbərdar olun
"Müştərilər banklarda göstərilən faizdən yuxarı faizlə əmanətlər yerləşdirməsinlər".
BAKU.WS xəbər verir ki, bu sözləri "Maliyyə sektorunda aktual çağırışlar və Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti" adlı panel sessiyada çıxış edən Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva bildirib.
"Müştərilərdə belə bir tendensiya görürəm ki, çox vaxt müqavilələri tam oxumurlar. İndi isə bəzi hadisələr baş verdikdən sonra, daha diqqətli olublar.
Mən birbaşa kompensasiyalarla işlədiyim üçün müştərilərdə bunu görürdüm. Bəzi müqavilələrin şərtlərində, banklarda bonus sistemi və cəlbedici kreditlər olduqda, bu artıq sual yaradır. Müştərilərə, məsləhət görürük ki, ümumiyyətlə, göstərilən faizdən yuxarı faizlə əmanətlər yerləşdirməsinlər. Buna diqqət etsinlər" - deyə, Aygün Balıyeva əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan 9 ayda 1,5 milyard manata yaxın borc qaytarıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsi xərclərinin 1 milyard 449,8 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər o...