Avtomobillər bahalaşacaq – Yeni rüsumlar nələri dəyişəcək? - EKSPERT RƏYİ

Avtomobillər bahalaşacaq – Yeni rüsumlar nələri dəyişəcək? - EKSPERT RƏYİ
İqtisadiyyat 2871
"Avtomobil alanları ciddi məyus edəcək bir yenilik edildi".Bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu yenilik öz hüquqi dilinin qəlizliyinə görə həm də təəccüb doğurur.
“Təbii ki, rüsum artırıldıqda, bazara təsir edir. İstənilən qiymət artımı bazara mənfi təsir edir. Bahalaşmaya səbəb olur. Rüsumun qaldırılması avtomobil alan insanın real xərclərinin artması deməkdir”, - deyə Ərşad Hüseynov bildirib.Bundan başqa, yeni qərar bu sahədə digər problemlərin yaranmasına təsir edəcək. Ə.Hüseynov deyir ki, bu addım avtomobillərin etibarnamə ilə verilməsini qəlizləşdirəcək.“Əvvəllər biz təbliğat aparırdıq ki, avtomobilləri çalışın öz adınıza keçirin. Yeni qərardan sonra bu sahədə mürəkkəblik yaranacaq. İnsanlar maşını öz adına keçirəndə əlavə rüsum ödəmək tələb olunduğu üçün çəkinəcək. Bu səbəbə görə, vətəndaşlar etibarnaməyə daha çox üstünlük verəcəklər”.Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər