Avropada təbii qaz qiymətləri yenidən 1000 dollar həddini keçib
04
yan
2022
13:27
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1000 dollar həddini keçib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, Niderlandın TTF habında təbii qazın yanvar fyuçersləri 1 028 dollar ətrafında alınıb-satılır.
Qiymətlər ötən sutka ilə müqayisədə 7,5 faiz çox artıb.
Xatırladaq ki, Avropada təbii qaz qiymətləri dekabrın 21-də tarixi rekordu yeniləyərək min kubmetr üçün 2 190 dollara çatmışdı.
Dekabrın 31-də isə bu göstərici 800 dollardan aşağı enmişdi.
Oxşar xəbərlər
SOCAR qazın qiyməti ilə bağlı iddialara aydınlıq gətirdi - AÇIQLAMA
Bu gün sosial şəbəkələrin gündəmində olan məsələlərdən biri də Azərbaycanda əhaliyə satılan qazın qiymətinin guya SOCAR-ın Gürcüstana satdığı qazın qiymətindən...