Avropada qazın qiyməti 2 210 dolları ötüb
11
avq
2022
10:35
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 210 ABŞ dollarını ötüb.
BAKU.WS APA-Economics-ə istinadla xəbər verir ki, 10 avqust tarixində sentyabr fyuçerslərinin qiyməti TTF (Niderlanda məxsus "Title Transfer Facility" - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 211,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 8,6% çoxdur.
Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlib.
Oxşar xəbərlər
Külli miqdarda pulun dövlət büdcəsindən yayındırılmasının qarşısı alındı
Bakı Baş Gömrük İdarəsi külli miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılmasının qarşısını alıb.Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə,...