Avropa Komissiyası STEAS və TISS-in "SOCAR Terminal"a birgə nəzarətini təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Komissiyası Türkiyədə qeydiyyatdan keçmiş "SOCAR Aliağa Liman İşletmeciliği A.Ş." ("SOCAR Terminal") şirkəti üzərində "SOCAR Turkey Enerji A.Ş." (STEAS) və "Terminal Investment Switzerland Sàrl" (TISS) şirkətlərinin birgə nəzarətinin qurulmasına dair sövdələşməni təsdiqləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, TISS "MSC Mediterranean Shipping Company Holding S.A." (İsveçrə) və "BlackRock"un (ABŞ) birgə nəzarəti altındadır.
Sövdələşmə əsasən Əliağa bölgəsində (İzmir vilayəti) konteyner terminalı xidmətlərinin göstərilməsini əhatə edir.
Avropa Komissiyası belə nəticəyə gəlib ki, sövdələşmə rəqabəti zəiflətməyəcək, çünki onun Avropa İqtisadi Zonasının bazarına təsiri məhduddur. Buna görə sövdələşmə sadələşdirilmiş prosedur çərçivəsində nəzərdən keçirilib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...