ARDNF gələn il 15 milyon manatdan çox maaş ödəyəcək

06
dek
2021
17:15
2022-ci ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 33 989 min manat təşkil edəcəyi gözlənilir.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, 2021-ci ilin proqnozu ilə müqayisədə 17,6% çoxdur.
ARDNF-in gələnilki xərclərinin 15 348 min manatını və yaxud təxminən 44%-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Fond satınalmalara 15 242 min manat, sosial ödənişlərə 61 min manat, qeyri-maliyyə aktivlərinə isə 3 338 min manat xərcləyəcək.
Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...
