ARDNF əməkhaqqı ödənişlərini 12 %-ə yaxın artıracaq
Yeniliklərdən dərhal xəbərdar olun
2025-ci ildə Dövlət Neft Fondunun (ARDNF) idarə edilməsi ilə bağlı xərclərin 43,725 milyon manat təşkil edəcəyi gözlənilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun gələnilki büdcəsinə verdiyi rəydə bildirilir.
Məlumata görə, bu, 2024-cü ilin proqnozu ilə müqayisədə 14,3 % çoxdur.
ARDNF-in gələnilki xərclərinin 17,138 milyon manatını və yaxud təxminən 39,2 %-ni əməyin ödənişi xərcləri təşkil edəcək. Bu da 2024-cü ilin proqnozuna nisbətən 11,7 % çoxdur.
Bu il fond satınalmalara 22,359 milyon manat (ötən illə müqayisədə 27,6 % çox), sosial ödənişlərə 0,1 milyon manat (dəyişməyib), qeyri-maliyyə aktivlərinə isə 4,129 milyon manat (27,8 % çox) xərcləyəcək.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...