Anar Quliyev: Mənzilə tələbat təklifi üstələməyə davam edir
Mənzilə tələbat təklifi üstələməyə davam edir, bərabərsizlik isə həm şəhərlərin daxilində, həm də onlar arasında dərinləşir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda WUF13 çərçivəsində şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Varislik Koalisiyasının yüksək səviyyəli iclasında bildirib.
Onun sözlərinə görə, yaxın illərdə qəbul ediləcək və ya təxirə salınacaq qərarlar gələcək onilliklər üçün şəhər inkişafının trayektoriyasını müəyyən edəcək.
A.Quliyev qeyd edib ki, bütün dünyada şəhərlər eyni vaxtda iqlim dəyişikliyinin kəskinləşən nəticələri də daxil olmaqla, bir neçə istiqamətdə artan təzyiqlə üzləşir.
"Bu gün burada, WUF13-də toplaşmaq - artıq özlüyündə bir niyyət bəyanatıdır. İlk dəfədir ki, koalisiya üzvləri forum platformasında görüşürlər. Bu, mərasim xarakterli bir an deyil, birgə işin davam etdirilməsinə, ən yaxşı və uğurlu təcrübələrin mübadiləsinə yönəlmiş praktik addımdır. Bu, COP29-da başlanmış prosesin davam etdiyini və inkişaf etdiyini, gələcəyin institut və mexanizmlərində öz mövqeyini möhkəmləndirdiyini göstərir. Bununla da iqlim danışıqları çərçivəsində götürülmüş öhdəliklərin şəhər planlaşdırmasında, mənzil siyasətində və yerli büdcələrdə öz əksini tapdığı nümayiş etdirilir", - o vurğulayıb.
Oxşar xəbərlər
AİB su təchizatı ilə bağlı Xəzəryanı ölkələrə 3.5 milyard dollar ayırıb
"Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla yeni layihələri müzakirə edir". BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Su və Şəhər...