AMB sığorta sektorunda yeni inkişaf strategiyası hazırlayır
Son illərdə əldə olunan nəticələr mühüm əhəmiyyət daşısa da, qarşıdakı dövr üçün daha geniş strateji hədəflər müəyyən edilib.
BAKU.WS xəbər verir ki bunu Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxış edən Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, hazırda Mərkəzi Bank tərəfindən sığorta sektorunun növbəti inkişaf mərhələsini əhatə edən yeni strategiya hazırlanır.
Ə.Məmmədyarov qeyd edib ki, yeni strateji dövrdə risk əsaslı prudensial nəzarət modelinin tam formalaşdırılması, reaktiv nəzarət mexanizmindən proaktiv nəzarət modelinə keçid və xüsusi tənzimləmə rejiminin tətbiqinin genişləndirilməsi əsas prioritetlərdən olacaq.
O bildirib ki, alternativ sığorta məhsullarının, o cümlədən takaful sığortasının tətbiqi, istehlakçı hüquqlarının daha etibarlı müdafiəsi və müştəri məmnuniyyətinin artırılması da diqqət mərkəzində saxlanılacaq.
Mərkəzi Bank rəsmisinin sözlərinə görə, qarşıdakı mərhələdə rəqəmsal innovasiyaların genişləndirilməsi də əsas istiqamətlərdən biri olacaq.
Əliyar Məmmədyarov vurğulayıb ki, nəzərdə tutulan prioritetlər risklərin daha effektiv idarə edilməsinə, innovativ məhsulların bazara çıxarılmasına, istehlakçı tələblərinə uyğun məhsul və xidmətlərin təqdim olunmasına, həmçinin sığorta sektorunun institusional potensialının daha dolğun reallaşdırılmasına töhfə verəcək.
Oxşar xəbərlər
DSMF sədri: "Son 6 ildə vətəndaşların sosial müdafiə ilə bağlı müraciətləri 60 % azalıb"
Azərbaycanda son 6 ildə sosial müdafiə xidmətləri ilə bağlı vətəndaş müraciətləri və şikayətləri 60 % azalıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Əm...