AMB: Əksər investisiya şirkətləri ESG amilini uzunmüddətli biznes strategiyasına inteqrasiya etməyib

Azərbaycanda investisiya şirkətlərinin əksəriyyəti ekoloji sosial idarəetmə (ESG) amillərini uzunmüddətli biznes strategiyasına inteqrasiya etməyib.
BAKU.WS bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, şirkətlər dayanıqlı maliyyə və ESG prinsiplərinin fəaliyyətlərinə inteqrasiya edilməsinə əsas maneələr kimi kifayət qədər məlumatlılığın olmaması, dayanıqlı maliyyə məhsul və xidmətlərinə tələbin olmaması və bu istiqamətdə yetərli kadr potensialının olmamasını qeyd edib.
İnvestisiya şirkətlərinin yarıdan çoxu ESG amillərini qərarvermə prosesinə inteqrasiya etməyib. ESG prinsiplərini inteqrasiya edən şirkətlərin əksəriyyəti investisiya məhsullarının yaradılması sahəsində tədbirlər görüb. Bununla yanaşı, təhlil zamanı yalnız 1 investisiya şirkətinin karbon emissiyasının azaldılmasına yönəlmiş maliyyə məhsulu təqdim etdiyi müəyyən edilib. Həmçinin sorğu dövründə investisiya şirkətləri tərəfindən dayanıqlı məhsullar üçün hər hansı stimullaşdırıcı differensiasiyanın tətbiq olunmadığı məlum olur.
Nəticələr investisiya şirkətlərinin beynəlxalq təşkilatlarla əməkdaşlığının ümumilikdə məhdud olduğunu və bu sahədə təşəbbüslərə ehtiyac duyulduğunu göstərir. İnvestisiya şirkətlərindən yalnız 2-si təlim və vəsaitlərin cəlbi istiqamətlərində beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini qeyd edib. İnvestisiya şirkətlərinin təqribən yarısı fəaliyyəti zamanı resurslara qənaət tədbirləri həyata keçirdiyini qeyd edib. Resurs səmərəliliyi həyata keçirdiyini qeyd edən şirkətlər fəaliyyətlərinin əsasən kağız israfının azaldılmasına yönəldiyini, lakin su və enerji qənaəti sahəsində məhdud tədbirlər gördüklərini bildirib.
Oxşar xəbərlər
Sahil Babayev: "Azərbaycan-Serbiya enerji əməkdaşlığı yeni mərhələyə qədəm qoyub"
Azərbaycan-Serbiya əməkdaşlığı həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində yeni mərhələyə qədəm qoyub. "Report" xəbər verir ki, bunu Azərbaycanın maliyyə...
