Altı ayda Azərbaycanın ticarət dövriyyəsi 5,3 faiz artıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkəmizin xarici ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müşahidə olunan müsbət dinamika şəraitində bu ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz artaraq 26 166,5 milyon dollar olub”.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz tvitter hesabında yazıb.
Nazir bildirib ki, hesabat dövründə xarici ticarət balansının müsbət saldosu isə 9 769,5 milyon dollar təşkil edib.
Ölkəmizin #xariciticarət əlaqələrinin genişləndirilməsi istiqamətində müşahidə olunan müsbət dinamika şəraitində bu ilin yanvar-iyun aylarında #ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3% artaraq 26.166,5 mln. $, xarici ticarət balansının müsbət saldosu isə… pic.twitter.com/Y70HwCfLuH
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 26, 2023
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...