Almaniya şirkəti SOCAR ilə aşağı karbonlu qaz həlləri üzrə əməkdaşlığı nəzərdən keçirir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Almaniyanın VNG AG şirkəti arasında bərpa olunan enerji və aşağı karbonlu qaz həlləri üzrə potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib.
BAKU.WS SOCAR-a istinadən xıbır verir ki, bu barədə müzakirələr SOCAR-ın vitse-prezidentləri Elşad Nəsirov və Əfqan İsayevin VNG AG şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə aparılıb.
Görüş zamanı SOCAR ilə VNG AG arasında təbii qaz və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində, həmçinin qaz infrastrukturundan istifadə imkanları nəzərdən keçirilib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...