Aktiv ƏDV və vergi ödəyicilərinin sayı artıb - RƏQƏMLƏR AÇIQLANDI
07
may
2026
12:15
2026-cı il mayın 1-nə olan vəziyyət üzrə Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3.5% artaraq 60 431-ə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, həmin tarixədək aktiv vergi ödəyicilərinin sayı 2.1% artaraq 877 368 təşkil edib.
Həmçinin aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayında da artım olub. Belə ki, bu göstərici 3.3% yüksələrək 240 528 olub.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 104 dollara enib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,78 ABŞ dolları və ya 0,7 % azalaraq 104,2 ABŞ dolları təşkil edib. Bu barədə BAK...