Aİ-yə qaz idxalı Azərbaycandan tədarüklər hesabına artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqı (Aİ) ölkələri 2024-cü ildə təxminən 313 milyard kubmetr qaz istehlak edib. Eyni zamanda, 2024-cü ildə Aİ-yə boru kəməri qazı idxalı Rusiya, Norveç və Azərbaycandan tədarüklər hesabına 3% artıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir.
"2024-cü ilin dekabr ayında Aİ-də qaz istehlakı ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% artaraq 40 milyard kubmetrə çatıb. Ötən ilin dekabrında Aİ-yə boru kəməri qazının idxalı 13,7 milyard kubmetr təşkil edib. Bu, 2024-cü ilin noyabr ayı səviyyəsindən 2% və 2023-cü ilin dekabrından 1% çoxdur. Ümumilikdə, 2024-cü ildə Aİ-yə boru kəməri tədarükü 3% artaraq 157 milyard kubmetrə çatıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...