ABŞ 15 milyard dollarlıq "bitcoin"i müsadirə edir
ABŞ Ədliyyə Nazirliyi təqribən 15 milyard dollar dəyərində 127 271 "bitcoin"in müsadirə edilməsi ilə bağlı tarixdə ən böyük müsadirə iddiası qaldırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə qurumdan məlumat yayıb.
Məlumata görə, bu kriptovalyuta Kambocadan kənarda fəaliyyət göstərən genişmiqyaslı fırıldaqçı şəbəkə ilə əlaqələndirilir.
Açıqlamada "bitcoin"lərin artıq ABŞ hökumətinin nəzarətində olduğu bildirilib.
Qeyd olunur ki, nazirlik "Prince Group" konqlomeratını yaradan Britaniya və Kamboca vətəndaşı Çjen-Çjiyə qarşı ittihamlar irəli sürülüb. Müstəntiqlər bildirirlər ki, onun təşkilatı insanları saxta kripto investisiya sxemlərində iştirak etməyə məcbur edib.
ABŞ Ədliyyə Nazirliyi Çjinin axtarışda olduğunu da açıqlayıb. Günahı sübuta yetirilərsə, onu 40 ilə qədər həbs gözləyir.
Qeyd edək ki, hazırda ABŞ hökuməti 37 milyard dollar dəyərində kriptovalyutaya malikdir.
Oxşar xəbərlər
Azərbaycanda dilerlərin satdığı işlənmiş avtomobillərin ƏDV-yə cəlb olunması müzakirə edilib
Azərbaycanda dilerlərin satdığı işlənmiş avtomobillərin əlavə dəyər vergisinə (ƏDV) cəlb olunması müzakirə edilib BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...