Aİ TAP vasitəsilə idxal olunan qazın dəyərini açıqlayıb

17
okt
2022
21:24
2022-ci ilin ikinci rübündə Trans-Adriatik qaz xətti (TAP) ilə Avropa İttifaqına (Aİ) ixrac olunan qazın ortalama dəyəri 2,8 milyard avro təşkil edib.
BAKU.WS xəbər verir ki, Trend bu barədə bu gün Avropa Komissiyasının hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, idxal qazın ortalama qiymətləri il ərzində əhəmiyyətli dərəcədə artdığı üçün bu ilin ikinci rübündə ümumi idxal olunan qazın dəyəri 75 milyard avro təşkil edib.
"2021-ci ilin ikinci rübündə idxal olunan 20 milyard avro ilə müqayisədə bu il qiymətlər 282 faiz artıb", - hesabatda deyilir.
Oxşar xəbərlər
TAP Albaniyada ilk qaz çıxışı nöqtəsini istifadəyə verəcək
Azərbaycan təbii qazını Avropaya nəql edilməsi üçün yaradılan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Konsorsiumu, Albaniyanın İnfrastruktur və Energetika Nazirliy...