“Aİ 92” markalı benzinlə bağlı vacib MƏLUMAT - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin ikinci yarısından etibarən artıq Azərbaycanda “AVRO-5” standartlarına cavab verən yanacaq istehsal ediləcək.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bunu mediaya açıqlamasında Heydər Əliyev adına Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib.
Zavod tam istismara verildikdən sonra daxili bazar “Avro 5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcək. Emil Alxaslının sözlərinə görə yenidənqurma işləri ilə bağlı hazırda zavodda “Aİ 92” markalı benzinin istehsalı dayanıb. Qeyd edib ki, buna baxmayaraq daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq.
Oxşar xəbərlər
SOCAR: Heydər Əliyev adına NEZ-in modernizasiyası ölkənin ekoloji durumunu yaxşılaşdıracaq
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata k...