Azərbaycan manatının dövretmə sürəti artıb

26
iyn
2020
11:14
Bu il iyunun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 4,84 bənd təşkil edib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu, mayın 1-i ilə müqayisədə 0,76 bənd, yanvarın 1-nə nisbətən 0,36 bənd, ötən ilin iyunun 1-i ilə müqayisədə isə 0,1 bənd çoxdur.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...
