VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
2007-ci ildən bu il martın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 457 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə BAKU.WS-ə ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
 
Bildirilib ki, bu ilin yanvar-fevral aylarında isə Dövlət Neft Fonduna "Şahdəniz” yatağının işlənməsindən 14 milyon dollar vəsait daxil olub.
 
Təxminən 1990-cı ildə Dövlət Neft Şirkəti tərəfindən Azərbaycanın qaz ilə təchizatını təmin etmək üçün "Şahdəniz" yatağında bu quyunun qazılmasına başlanmış, verilən məlumata görə təxminən 2 min metr dərinliyə qədər qazılmış, ancaq vəsaitin, imkanların olmamasından bu iş davam etdirilməmiş və başlı-başına buraxılıb. 1992-ci ilin sentyabrında Azərbaycan hökuməti "Şahdəniz" yatağının işlənməsi ilə əlaqədar Böyük Britaniya Krallığının "Britiş Petroleum" və Norveçin "Statoyl" şirkətləri ilə müqavilə imzalayıb. Bu müqavilədə həmin yatağın birgə işlənməsi üçün danışıqlar aparılması və yatağın işlənməyə hazırlanması barədə "Britiş Petroleum" və "Statoyl" şirkətlərinə xüsusi səlahiyyətlər verilib. Bu iki şirkət alyans yaradaraq işə başlayıb, sonra həmin alyansa Türkiyənin "Türkiyə Petrolları Anonim Ortaqlığı" şirkəti də qoşulub, onlar bu işləri öz imkanları çərçivəsində aparıblar. Nəhayət, Şahdəniz yatağı 1999-cu ildə kəşf edilib.
 
Kollektorda 1 trilyon kub metr qaz ehtiyatı ilə Şahdəniz yatağı dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir. O, Bakıdan 70 kilometr cənub-şərqdə, suyun dərinliyinin 50-500 m arasında dəyişdiyi Xəzər dənizinin şelfində yerləşir. Şahdəniz yatağının kəşfiyyat işlərinin aparılması üçün qazılan quyu yatağın cənub-qərb hissəsində Xəzər üçün rekord olan 7300 metrdən çox dərinliyə qazılıb. Bu yatağın istismarı Azərbaycanın qaza olan daxili tələbatını tam ödəməyə və tələbatından artıq qazı tarixində ilk dəfə olaraq ixrac etməyə imkan verir.

Saziş sahəsi təxminən 859,8 km²-dir. 2006-cı ildə saziş sahəsində bir hasilat platforması quraşdırılmış və həmin ilin noyabrında bu platformadan qazılmış quyudan ilk qaz hasil edilib. Hazırda platformada 4 istismar quyusu qazılıb və onlardan biri fəaliyyət göstərir.
 
BAKU.WS