Xuraman Şuşalı: "İnsanların haqqına bu qədər girmək olmaz axı"
26
okt
2025
12:39
Müğənni Xuraman Şuşalı yaşadığı ərazidə gecə saatlarında tikinti işləri aparılmasından şikayətlənib.
BAKU.WS xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Müğənni qeyd edib ki, həm gündüz, həm də gecə saatlarında davam edən tikinti işləri insanları narahat edir:
"Gecə də dayanmırlar. Yaxın binada yaşayanlar nə edir görəsən? Biz hələ tikintidən iki bina aralıdayıq. Artıq ölürük, belə olmaz axı. Heç olmazsa, şənbə və bazar günləri işləməyin. Gecə və gündüz dayanmadan işləyirlər. İnsanların haqqına bu qədər girmək olmaz axı".
Oxşar xəbərlər
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb
Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu, aprel ayına nisbətən 11...