Azərbaycan musiqi tarixində misilsiz iz qoyan bəstəkar Asəf Zeynallının vəfatından 93 il ötür
Bu gün Azərbaycanın görkəmli bəstəkarı Asəf Zeynallının anım günüdür. Ömrünü musiqiyə həsr edən bəstəkarın vəfatından 93 il ötür.
Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə doğulub. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyub. O, burda uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənib. Həmin illərdə Dərbənddəki nəfəsli orkestr yay axşamlarında şəhər parkında konsert verirdi. Asəf də hərdənbir orkestrin tərkibində klarnet çalmağa dəvət edilirdi.
Asəfin 11 yaşı olanda ailəsi Bakıya köçüb. O, əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənib, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alıb. "Truba üçün pyes"ini 14 yaşında texnikumda özü ifa edib.
Asəf Zeynallı 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirib. 1929-1931 illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləyib. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olub. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.
23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir. Piano üçün "Uşaq süitası" silsiləsi, "Çahargah" pyesi, violino və piano üçün "Muğamsayağı", 2 fuqa, simfonik orkestr üçün "Fraqmentlər", teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük iş aparmışdır. "İbtidai not savadı" adlı dərslik tərtib edib.
O, həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repartuarının əsasını qoyub. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.
O, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoyub, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alıb.
Asəf Zeynallı 27 oktyabr 1932-ci ildə 23 yaşında yaradıcılığının inkişaf etdiyi bir dövrdə, ağır xəstəlikdən vəfat edib.
Bakı musiqi kolleci və paytaxtın küçələrindən biri Asəf Zeynallının adını daşıyır.
Qalereya
Oxşar xəbərlər
Bakıda unudulan abidələr "yenidən kəşf olunur" - Siyahı 24 ildən sonra yenilənir
"Bu il ərzində Binəqədi rayonu üzrə dövlət mühafizəsində olan 8 abidənin məlumatında düzəliş edilib, 7 yeni aşkar edilmiş abidə dövlət mühafizəsinə götürülüb. E...