Bağlanan banklardakı əmanətlərin aqibəti necə olacaq? - Baş bankirdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
“Bağlanan 4 bankda (“AGBank”, “Amrah Bank”, “Atabank”, “NBC Bank”) əhalinin 690 milyon manata yaxın vəsaiti var idi. Bununla yanaşı problemli kreditlərin həcmi 73 faizə yaxın idi. Ona görə də bu banklar əmanətləri qaytarmaq iqtidarında deyildi”.
BAKU.WS xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən Əmanətlərin Sığortalanması Haqqında Qanunun müddətinin uzadılması və bu qanunun mövcudluğu bu gün imkan verir ki, əhalinin bağlanan banklardakı əmanətləri qaytarılsın.
Oxşar xəbərlər
"AGBank" və "NBC Bank" bağlandı
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci...