Mərkəzi Bank: Əhalinin “Atabank” və “Amrah Bank”dakı əmanətləri tam ödəniləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Əhalinin lisenziyası ləğv olunan “Atabank” ASC və “Amrah Bank” ASC-dəki qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən tam ödəniləcək.
BAKU.WS-in məlumatına görə, bu barədə Mərkəzi Bankın məlumatında bildirilir.
Məlumatda deyilir ki, “Atabank” ASC və “Amrah Bank” ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu banklarda qorunan əmanətləri heç bir dövlət vəsaiti cəlb etmədən Fond tərəfindən tam ödəniləcək.
“Fondun vəsaiti çatmasa, mövcud qanunvericiliyə uyğun olaraq çatışmayan məbləğ üzrə Mərkəzi Bank tərəfindən kredit ayrılacaq. Bu kredit Fond tərəfindən bağlanmış bankların aktivlərinin reallaşdırılmasından daxil olan vəsait və fəaliyyətdə olan bankların ödədikləri təqvim haqqı hesabına ödəniləcək. Əmanətlərin ödənilməsi mövcud prosedurlara uyğun şəffaf şəkildə təşkil olunacaq və əmanətçilər dövri olaraq məlumatlandırılacaqlar.
“Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “Atabank” ASC və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilib.
Oxşar xəbərlər
"Atabank” və “Amrah Bank”ın lisenziyaları ləğv edilib
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin aprelin 27-də qəbul etdiyi qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC...