Azərbaycan nefti bir xeyli bahalaşdı

Azərbaycan nefti bir xeyli bahalaşdı
İqtisadiyyat 955

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft kəskin bahalaşıb.

BAKU.WS "APA-Economics"ə istinadla xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,79 ABŞ dolları və ya 6% artaraq 31,33 dollar təşkil edib.

Qeyd edək ki, aprelin 9-da “OPEC+” formatının 23 iştirakçı ölkəsinin imzaladığı “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, “OPEC+” ölkələri üzrə gündəlik neft istehsalının may-iyun aylarında 9,7 milyon barrel, iyulun 1-dən ilin sonuna kimi 7,7 milyon barrel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılması qərarlaşdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər