ABŞ milli valyutası dollar bütün valyutalar qarşısında sürətlə bahalaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, ABŞ Mərkəzi Bankının (Fed) faiz artırımına gedəcəyi ehtimalının artmasından dollar Yaponiya milli valyutası olan yen qarşısında son üç gündə ilk dəfə bahalaşıb. Almaniyanın "Deutsche Bank"ı Fed sədri Janet Yellenin Aprel ayında faiz artırımına gedə biləcəyini açıqlayıb. 

ABŞ valyutası Yellenin iki gün davam edən və bu gün nəticələnəcək olan Fed konfransı ərəfəsində 16 əhəmiyyətli pul vahidi qarşısında dəyər qazanıb. Sidneydə "National Australia Bank Ltd"in valyuta strategiyası üzrə həmsədri Ray Attrill dolların uçot dərəcəsi ilə bağlı şərh verib: "Əgər Fed bu axşam ABŞ-da faizlərin artırılacağı ilə bağlı bir şey söyləsə, bu, dolların bahalaşmasına gətirib çıxaracaq". 

Qeyd edək ki, dollar yen qarşısında əvvəlki iki gündə 0,6% dəyər itirdikdən sonra 0,3% bahalaşaraq USD/YEN cütlüyü 113,47 səviyyəsinə çatıb. ABŞ valyutası avro qarşısında isə 0,1% yüksələrək 1,1100 səviyyəsində qərarlaşıb. 
 
Şahin Həbibov
BAKU.WS