SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Bakının mərkəzində fəaliyyət göstərən mağazalar kütləvi şəkildə bağlanır. 
 
BAKU.WS-in məlumatına görə, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi xüsusilə elektronika bazarına mənfi təsir edib. Belə ki, paytaxtda elektronika malları satan ticarət şəbəkələrinin bəziləri mağazaları bağlamağa başlayıb. 
 
Digər mağazalarda isə məhsullar vətəndaşlara yüksək endirimlərlə təklif olunur. 
 
Paytaxt ərazisində fəaliyyət göstərən geyim mağazaları da alıcılıq qabiliyyətinin aşağı düşməsindən sonra dükanları bağlamaq qərarına gəlib. Yaxın bir neçə gündə bu prosesin kütləvi hal alacağı gözlənilir. 
 
ŞAHİN Həbibov
BAKU.WS