ARDNF-ə “Şahdəniz”dən 100 mln. ABŞ dollarınadək vəsait daxil olub

01
apr
2020
17:38
Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qazın satışından Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) indiyədək 2,834 mlrd. ABŞ dolları daxil olub.
BAKU.WS bu barədə ARDNF-ə istinadən xəbər verir.
Bu ilin I rübü ərzində ARDNF-ə daxil olan vəsaitin həcmi isə 98 mln. ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ARDNF-ə “Şahdəniz” yatağının işlənməsindən əldə olunan mənfəət qazının satışından vəsait 2007-ci ildən daxil olur. Bu yataqda hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə satılır.
Oxşar xəbərlər
Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Bu gün martın 15-də xarici valyuta satan bankların sayı 29-a çatıb. BAKU.WS-in məlumatına görə, fins.az-ın araşdırması göstərdi ki, bu gün dolları 19 bank limi...