VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"BP-nin Türkiyədən çıxmaq məsələsi qəti şəkildə gündəmdə deyil. Şirkətimiz ötən il 11 milyard türk lirəsi gəlir əldə edib".
 
BAKU.WS-in məlumatına görə, bunu BP Türkiyə prezidenti Bud Fakrell söyləyib. Onun sözlərinə görə, Türkiyənin əhəmiyyətli bir enerji qovşağıdır.
 
Türkiyənin şərqindəki ölkələrdə istehsal olunan enerjinin, qərbdəki ehtiyac sahibi istehlakçı ölkələrə çatdırılmasında əhəmiyyətli bir körpü vəzifəsini boynuna götürdüyünə işarə edən Fakrell sözlərinə belə davm edib: "Türkiyənin bu mövqeyinin, enerji siyasətində müvəffəqiyyətli fəaliyyəti son dərəcə uğurludur". 
 
Fakrell BP-nin qlobal strateji layihələrindən olan Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Cənubi Qaz Dəhlizinin Türkiyə üzərindən keçdiyini xatırladıb: "Hər iki layihə də Türkiyənin enerji layihələri baxımından geosiyasi əhəmiyyətini göstərir. Türkiyə üçün önəmli layihələrdən biri olan TANAP-ın tamamlanmasından sonra fəaliyyətə başlayacaq Cənub Qaz Dəhlizi Türkiyə üzərindən Avropa ölkələrinə 10 milyard kubmetr qaz nəqlini təmin edəcək. Nəticədə Türkiyə regionda enerji qovşağı rolunu oynayacaq. Ümumilikdə 45 milyard dollar investisiya qoyulan Cənubi Qaz Dəhlizi isə sürətlə davam etdirilir. 
 
 
Cənub Qaz Dəhlizi layihəsinin ən kilid nöqtəsi olan və BP-nin səhmdarı olduğu TANAP boru xəttində də tikinti işləri sürətlə davam etdirilir: "Üç inşaat bölgəsində qazıntı, qaynaq və boru yerləşdirmə paralel olaraq həyata keçirilir. TANAP-a təbii qaz gətirəcək, BP tərəfindən işlənilən "Şahdəniz 2" layihəsi və Cənubi Qafqaz Boru Xəttində layihənin tamamlanması üçün avadanlıq tədarükü, inşaat və mühəndislik işləri 66% yekunlaşıb. İlk təbii qazın 2018-ci ildə çıxarılacağı gözlənilir. Xəzər dənizindən çıxarılan təbii qazı tarixdə ilk dəfə Avropaya çatdıracaq olan Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində minlərlə adama yeni məşğulluq imkanı yaradılacaq", - deyə BP Türkiyə rəhbəri əlavə edib.
 
Şahdəniz Mərhələ 2 çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək Xəzər dənizindən Avropaya nəql ediləcək. Bunun üçün bir sıra mövcud infrastrukturun genişləndirilməsi və yeni boru kəmərləri zəncirinin inşa edilməsi tələb olunur: Mövcud Cənubi Qafqaz Boru Kəməri (CQBK) Azərbaycan və Gürcüstan ərazisi boyunca yeni paralel boru kəməri vasitəsilə genişləndiriləcək. Trans Anadolu Boru Kəməri (TANAP) Şahdəniz qazını Türkiyə ərazisi boyunca nəql edəcək. Trans Adriatik Boru Kəməri (TAP) qazı Yunanıstan və Albaniya ərazisindən keçməklə İtaliyaya nəql edəcək. Bu layihələr birlikdə Cənub Qaz Dəhlizi kimi tanınır. Ola bilsin ki, bu, dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və ən iddialı layihələrdən biridir. Və bu, çox sayda müxtəlif maraqlı tərəfləri – o cümlədən yeddi hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir hədəfdir.

Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarlarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişəcək. İlk qazın 2018-ci ilin sonlarında Gürcüstan və Türkiyəyə təchiz edilməsi planlaşdırılır; Avropaya isə qaz təchizatının Azərbaycanda dənizdə ilk qaz hasil edildiyi vaxtdan bir ildən bir qədər çox müddət keçdikdən sonra gerçəkləşəcəyi gözlənilir.

Cənub Qaz Dəhlizi boru kəməri sistemi elə layihələndirilib ki, gələcəkdə mümkün əlavə qaz həcmlərinin təchiz edilə bilməsi üçün onun ötürücülük gücü öz ilkin ötürücülük gücünün iki misli qədər artırıla bilər.

Şahin Həbibov
BAKU.WS