2026-cı ildə tək qalmaq təhlükəsində olan bürclər
Yeni il bir çox insan üçün sevgi, dəyişiklik və münasibətlər baxımından yeni ümidlər deməkdir.
Lakin astroloqlar xəbərdarlıq edirlər ki, 2026-cı il bəzi bürclər üçün münasibətlərdə sınaq ili olacaq. Bəzi zodiak nümayəndələri emosional uzaqlaşma, yanlış seçim və ya özünə qapanma səbəbindən tək qalmaq riski ilə üz-üzə gələ bilər.
Gəlin baxaq, hansı bürclər 2026-cı ildə münasibətlərdə çətinliklərlə qarşılaşa bilər 👇
Əkizlər bürcü
Əkizlər 2026-cı ildə qərarsızlıqlarının qurbanı ola bilər. Onlar sevgi münasibətlərində bir gün "bəli", ertəsi gün "xeyr" deyə bilərlər. Bu dəyişkənlik tərəfdaşlarını bezdirə bilər. Əkizlər öz azadlıqlarını qorumaq istədikcə, qarşılarındakı insan uzaqlaşa bilər. Əgər kompromis etməyi öyrənməsələr, tək qalmaq ehtimalı yüksəkdir.
Dolça bürcü
Dolçalar üçün 2026-cı il introspeksiya ili olacaq. Onlar daha çox şəxsi azadlığa, mənəvi rahatlığa can atacaqlar. Bu isə münasibətlərdə məsafə yarada bilər. Sevgidə çox analiz aparmaq və hissləri ağıl süzgəcindən keçirmək tərəfdaşla emosional bağları zəiflədə bilər. Nəticədə, Dolçalar öz istəkləri ilə belə tək qalmağı seçə bilərlər.
Qız bürcü
Qız bürcü 2026-cı ildə mükəmməllik axtarışında həddi aşa bilər. Hər xırda qüsuru böyütmək, partnyorun davranışlarını analiz etmək münasibətlərə mənfi təsir göstərə bilər. Bu bürcün nümayəndələri "ideal sevgili" axtararkən, real sevgidən uzaqlaşa bilərlər.
Oxatan bürcü
Oxatanlar üçün bu il sərbəstlik və macəra ili olacaq. Onlar bir münasibətdə uzunmüddətli bağlılıqdan çəkinə bilərlər. Dəyişiklik ehtirası, səyahət arzusu və azadlıq istəyi onları sevgi həyatında sabitlikdən uzaqlaşdıra bilər. Əgər sevgiyə qarşı məsuliyyət hissini unutsalar, münasibətlər asanlıqla dağılacaq.
Oğlaq bürcü
Oğlaqlar 2026-cı ildə iş və karyeraya o qədər fokuslana bilərlər ki, şəxsi həyat ikinci plana keçəcək. Realist təbiətləri onlara "indi münasibət üçün uyğun vaxt deyil" dedirdə bilər. Lakin bu soyuqqanlı yanaşma bir çox emosional bağın qırılmasına gətirib çıxara bilər.
Oxşar xəbərlər
Beyində demensiyanın gözlənilməz səbəbi tapıldı
Mərkəzi sinir sisteminin köməkçi hüceyrələri olan astrotsitlərdə yaranan molekullar demensiyanın inkişafında əsas rol oynaya bilər. BAKU.WS xəbər verir ki, bu...