Naxçıvanda ağacların nömrələnməsinə başlanılıb
Naxçıvanda ağacların nömrələnməsinə başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ilkin olaraq "Əcəmi Seyrəngahı" Mədəniyyət və İstirahət Kompleksindəki 300 ədəd ağac uçota alınaraq inventarlaşdırılıb.
İnventarlaşdırılmış ağacların üzərində hər bir ağacı identikləşdirən inventar lövhələri vurulub.
Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə www.agac.az portalı sınaq rejimində istifadə olunur.
Qeyd edək ki, qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil edilir. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçirilir. Nömrələnmə ağaclara tam zərərsiz olan üsul ilə aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.
Qalereya
Oxşar xəbərlər
Bu tarixə qədər səmada "ulduz yağışı" olacaq
Noyabrın 30-dək Leonid meteor yağışı aktiv olacaq. Bu barədə BAKU.WS-ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat v...