SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycan Banklar Assosiasiyası bank sektorunda islahatlarla bağlı təkliflər hazırlayıb.
 
BAKU.WS-in APA-ya istinadla verdiyi məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
 
Z. Səmədzadənin sözlərinə görə, bu təkliflərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Banklar Assosiasiyası arasında görüş keçiriləcək:
 
"Görüşdə bankların fəaliyyətinin səmərəliliyinin artırılması, bankların real sektora daha çox kredit ayırması, yüksək kredit faizlərinin aşağı salınması yolları müzakirə ediləcək".
 
BAKU.WS