Tibbi maskaların qiymətinin artması xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA

İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib.
İqtisadiyyat Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, məlum olduğu kimi, son zamanlar dünyada tibbi maskalara tələbat artıb.
Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların pərakəndə satış qiymətinə təsir edib:
"Bununla belə, istehlak bazarında baş verən qiymət dəyişiklikləri ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müvafiq araşdırmalar aparılır və qiymətlərdə süni artım müəyyən edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcək".
Oxşar xəbərlər
Azərbaycanda dolların bahalaşacağı xəbərlərinə CAVAB
“Dünya bazarında son üç il yarımı əhatə edən dövr üçün neftin qiymətinin 2018-ci ilin cari dövründə maksimum səviyyələrdə qərarlaşması ölkənin xarici sektor gös...
