80 min Bitkoinin sahibi 4 milyard dolları birjalara çıxarıb

2011-ci ildən bəri toxunulmayan 80 mindən çox bitkoinin sahibi bu yaxınlarda kriptovalyutanı "Galaxy Digital" şirkətinə məxsus pul kisələrinə köçürməyə başlayıb.
Analitik platforma "Lookonchai"nin məlumatına görə, artıq 40 009 bitkoin (təxminən 4,68 milyard dollar) göndərilib.
Analitiklərin fikrincə, bu köçürmələr 4 iyulda hərəkətsiz qalan 80 min bitkoinin yeni ünvanlara ötürülməsi ilə eyni pul kisəsindən həyata keçirilir. Hazırda həmin vəsaitin bir hissəsi birjalara yönəlib – təxminən 6 min bitkoin (706 milyon dollar) artıq "Grayscaledən Bybit" və "Binance" birjalarına göndərilib.
Bildirilir ki, 14 il əvvəl bu bitkoinlər alındıqda onların məzənnəsi təxminən 0,78 dollar olub. Bitkoinin qiyməti 122 min dolları keçməklə bu müddət ərzində 150 min dəfədən çox artım göstərib.
"Binance" platformasının məlumatına əsasən, 14 iyulda bitkoinin məzənnəsi 121 min dolları keçərək yeni tarixi maksimuma çatıb. Günün səhəri bitkoin 121 014,73 dollar səviyyəsində olub ki, bu da +2,82% artım deməkdir. Əvvəlki tarixi maksimum 13 iyul axşamı qeydə alınmışdı - 119 min dollar.
Xatırladaq ki, bundan əvvəl Rusiyada bitkoinin rekord artımının əsas səbəbləri açıqlanmışdı.
Oxşar xəbərlər
Azərbaycan iyunda "OPEC+" kvotasından gündəlik 87 min barel geri qalıb
Bu ilin iyun ayında Azərbaycanda orta gündəlik neft hasilatı 464 min barel təşkil edib. Bu barədə "Report" OPEC-in aylıq hesabatına istinadən xəbər verir. Məlum...