SİZİN REKLAM BURADA!
055 213 76 73


Elektromobil - bu nəqliyyat vasitəsinin daxilində yanma prosesi baş vermədiyindən xaricə zəhərli qazlar buraxılmır və bununla da avtomobil atmosferə ziyan vurmadan fəaliyyət göstərir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, Türkiyə təcrübəsi əsasında bu ənənəni genişləndirən vasitəçilərdən biri isə Türk Enerji İqtisadiyyatı Dərnəyinin prezidenti Gürkan Kumbaraoğludur.

O, yaxın zamanda elektromobil sektorunun Türkiyə və Azərbaycanın birgə çalışması nəticəsində inkişaf edəcəyini bildirib:

"Bütün müşahidələrə əsasən demək olar ki, əslində benzin və dizelli vasitələr də istifadə olunmağa davam edəcək ama elektrikli vasitələrin çox sürətli şəkildə yayılması. Bu yayılma müddətində əsasən inkişaf etmiş ölkələrdə Türkiyənin və Azərbaycanın həm söz sahibi olması, dünya nəzdində söz sahibi olması çox önəmlidir".

Qeyd edək ki, elektromobillərin kəşf olunmasına dünya şöhrətli alim Faradeyin nəzəri cəhətdən hazırladığı elektromaqnit induksiyası böyük təkan verib. Sonrakı illərdə alimlər məhz bu nəzəriyyəni təcrübi olaraq həyata keçirməklə elektrik mühərrikli avtomobillərin ixtirasına nail olublar.

Professor Kərəm Odabaşı nəqliyyatda elektrik enerjisindən istifadənin Türkiyə təcrübəsi əsasında elmi-tətqiqatların aparılmasının artıq başladığını deyib: "İndi elektrikli vasitələrdə və avtomobillərdə vacib bir dönüş var. Bu dönüşü izləyənlərin bu yeni sektorun yeni iştirakçıları olma şansı var. Bu baxımdan Azərbaycanın, Türkiyənin işbirliyi ilə böyük sektorda 29 manatlıq uzun köklü bir keçmişi olan sektorda böyük bir şans əldə etmə vəziyyəti var".
Artıq bu sahədə Azərbaycanda müəyyən addımlar atılıb. Buna misal olaraq, ötən həftə ölkəmizə yeni gətirilən London taksisini misal göstərmək olar. Elektriklə işləyən bu avtomobil ekologiyanın çirklənməsinin qarşısını almaqda mühüm rol oynayır.

BAKU.WS
VİDEO