Sahil Babayev vergi qanunvericiliyində gözlənilən əsas dəyişiklikləri açıqlayıb

Sahil Babayev vergi qanunvericiliyində gözlənilən əsas dəyişiklikləri açıqlayıb
İqtisadiyyat 161

Azərbaycanın vergi qanunvericiliyində gözlənilən əsas dəyişikliklərdən biri işğaldan azad olmuş ərazilərimizdə tətbiq olunan bütün güzəştlərin Naxçıvan Muxtar Respublikasına da aid edilməsidir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

"Biz düşünürük ki, 10 il müddətində Naxçıvanda özəl sektora bu güzəştlərin tətbiqi regionun inkişafı üçün çox böyük əhəmiyyət daşıyacaq", - deyə o qeyd edib.

Nazir əlavə edib ki, dövlət-özəl tərəfdaşlığı layihələrində idxal olunan texnika avadanlıqlara azad olunmaların təqdim olunması özəl sektorun dəstəklənməsinə, böyük investisiya layihələrinin ölkəmizdə həyata keçirməsinə dəstəkdir: "Media subyektlərinə olan güzəştlərin 3 il müddətinə uzadılması, kənd təsərrüfatındakı güzəştlərin balıqçılığa da şamil edilməsi, sadələşdirilmiş vergi dövriyyəsi limitinin 2 dəfə artırılması da önəmli güzəştlərdəndir. Hazırda bu məbləğ 200 min manatdır və biz onu 400 min manata qaldırırıq, nağdsız ödənişlə fəaliyyət göstərən mikro və kiçik sahibkarlara çox böyük bir dəstək veririk.

Dividendlə bağlı vergilərin 14 %-dən 5 % endirilməsi, kirayə gəlirlərlə bağlı vergilərin 14 %-dən 10 % endirilməsi, rüsumsuz mağazalara satışda ƏDV və aksizə 0 % vergi tətbiqi, gübrələrdə idxal və satışın ƏDV-dən azad olunması, xüsusilə orqanomineral gübrələr üçün, gəmiqayıma sektoru üçün azad etmələr, ölkədə istehsal olunan yük avtomobillərinin satışı üçün azad olmalar, müxtəlif ictimai iaşə xidmətləri - bərbərxanalarımız, kosmetoloji mərkəzlərimiz və digər bu tipli obyektlərdə "ƏDV geri al" mexanizminİN tətbiq edilməsi və bu kimi çoxsaylı kiçik orta sektora, özəl sektora indekslənmiş güzəştlər mövcuddur".

"Eyni zamanda əmək haqqından gəlir vergisinin ödənilməsi ilə bağlı güzəştin müddəti bitir və hökumət müvafiq addımlar atmasaydı, artıq 14 və 25 %-lik rəqəmlər qüvvəyə minəcəkdi. Amma hökumətin konsensus variantı olaraq çox ciddi bir güzəşt irəli sürdü. Növbəti il üçün böyük kəsimimizi, yəni əmək haqqı alan şəxslərimizin böyük kəsimini əhatə eləyən 2 500 manata qədər olan gəlirə cəmi 3 % gəlir vergisi tətbiq edilir".

Son xəbərlər