Dünya bazarında neftin qiymətləri kəskin azalıb

17
sen
2019
21:20
Dünya bazarında neftin qiymətləri kəskin azalıb. Belə ki, “Brent” markalı neft bir neçə dəqiqə ərzində 5 faizdən artıq ucuzlaşaraq 64,5 dollaradək geriləyib.“Report” "Rbc.ru”ya istinadən xəbər verir ki, bu rəqəm dünənki hərracların yekun göstəricisinə nisbətən 6,54% azdır. Bənzər dəyişiklik göstərən WTI markalı neftin də bir bareli əvvəlki hərracın yekununa nisbətən 5,4 faiz azalaraq 59,28 dollar səviyyəsinə enib.Qeyd olunur ki, dünya bazarında neftin kəskin ucuzlaşması Səudiyyə Ərəbistanının neft sənaye müəssisələrinə Yəməndəki husi qiyamçılarının hücumları ilə başlayan kəskin bahalaşmadan sonra meydana gəlib. Belə ki, sentyabrın 16-da “Brent” markalı neftin bir barelinin qiyməti ötən həftənin son hərracındakı səviyyəsinə nisbətən 20 faizədək artaraq 71,95 dollaradək qalxmış, bazar ertəsinin hərracları adıçəkilən markanın 14,61 faiz bahalaşması ilə qapadılmışdı.
Oxşar xəbərlər
Brent markalı neftin qiyməti kəskin azaldı
Brent markalı neftin qiyməti yanvar ayının 29-dan bu yana ilk dəfə bir barrel üçün 60 dollardan aşağı düşüb. Bu barədə RİA Novosti məlumat yayıb.Agentliyin məlu...