SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb
 
                            
                            
                                13
                                sen
                            
                                2019
                                08:53
                            
                            
                        Azərbaycanın SOCAR şirkəti Ukrayna iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb.BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ukraynanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib.“Azərbaycan və Ukrayna bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində münasibətləri inkişaf etdirir. Son illərdə SOCAR Ukrayna iqtisadiyyatına 200 milyon ABŞ dollarından çox sərmayə yatırıb. Cari ilin ilk 8 ayı ərzində Ukraynanın xam neft idxalının 92% -i Azərbaycanın payına düşüb", - deyə nazir müavini bildirib.Onun sözlərinə görə, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn uzunmüddətli möhkəm əlaqələr yaranıb. X.Xələfov, həmçinin Ukraynadakı Azərbaycan diasporunun ikitərəfli əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə töhfə verən yüksək rolunu qeyd edib.Azərbaycanlı diplomat hər iki ölkənin müxtəlif beynəlxalq platformalarda, məsələn, GUAM, BMT, AŞPA, QDİƏT və s. kimi sahələrdə, o cümlədən ərazi bütövlüyünün və suverenliyinin tanınması məsələsində vahid mövqelərdən çıxış edərək daim qarşılıqlı fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
SOCAR büdcəyə ödənişləri artırıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin I yarısında dövlət büdcəsinə 741,326 milyon manat ödəniş edib.BAKU.WS report-a istinadən xəbər verir ki, bu, ötən...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    