Azərbaycanda bank hesabatlarının təqdim edilməsi proseduru dəyişib

29
iyl
2019
16:19
Maliyyə Bazarlarına Nəzarət Palatası “Pul və maliyyə statistikası hesabatının tərtibi və təqdim edilməsi haqqında Təlimat”da dəyişiklik edib.BAKU.WS “APA-Economics”ə istinadla xəbər verir ki, təlimat Azərbaycanda fəaliyyət göstərən bankların, xarici bankların yerli filiallarının və poçt rabitəsinin milli operatorunun pul və maliyyə əməliyyatları üzrə statistik hesabatların tərtib və təqdim edilməsi qaydalarını müəyyənləşdirir.İndiyə qədər təqdim edilən hesabat statistik vahidin icra orqanının rəhbəri və ya baş mühasibin elektron imzaları ilə təsdiq edilib. Dəyişikliyə əsasən, bundan sonra təqdim edilən hesabat statistik vahidin icra orqanının üzvünün elektron imzası ilə də təsdiq edilə biləcək.
Oxşar xəbərlər
Novruz Məmmədov daha bir vəzifəni icra edəcək
Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.BAKU.WS xəbər verir ki, bu barədə fonddan “report”a bildirilib. Verilən məlum...